Peşəkar astrofotoqraf Endryu Makkarti izləyicilərini yeni möhtəşəm kosmik görüntülərlə sevindirib. Kadrlarda Günəşdən Yerə doğru tac kütləsinin atılması əks olunub.
Makkarti təqdim etdiyi görüntünün 6 saat ərzində çəkilmiş 100 minlərlə fotoşəkili bir araya gətirən kompozit təsvir olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Günəşdən ayrılan odlu plazma təxminən 161.000 km/saat sürətlə kosmosa atılıb.
“Bu indiyə qədər gördüyüm ən böyük tac kütləsinin atılması oldu. Onun uzunluğu, ehtimal ki, təxminən 1,5 milyon kilometr idi”, – deyə Makkarti qeyd edib.
Mənbə: Daily Mail