Tehranın “Evin” həbsxanasında cəza çəkən azərbaycanlı milli fəal Əli Rzayinin atasının yas mərasimində iştirakına icazə verilməyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı milli fəalın yaxınlarına istinadla xəbər verib.
Bildirilir ki, Rzayinin atasının ölüm kağızının Prokurorluğa təqdim edilməsinə baxmayaraq, onun evə buraxılmasına icazə ala bilməyiblər.
Xatırladaq ki, Əli Rzayi ötən il dekabrın 11-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Tehran İnqilab Məhkəməsində “hökumət əleyhinə təbliğat aparmaq və etiraz aksiyalarına qoşulmaq”da ittiham edilərək altı il müddətinə azadlıqdan məhrum edilib.