Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti Borjomi bələdiyyəsinin Kvabişxevi kəndi yaxınlığındakı meşə yanğınına daha iki helikopter cəlb edib. Beləliklə, fəlakət bölgəsində çalışan helikopterlərin sayı 3-ə yüksəlib.
Bu barədə xidmətin bazar günü dərc olunan məlumatında deyilir.
Bundan əlavə, 30-a qədər yanğınsöndürən maşın hadisə yerinə səfərbər edilib. 250-yə qədər yanğınsöndürən-xilasedici fasiləsiz işləyir.
Qeyd edək ki, Gürcüstanın cənubundakı Borjomi şəhərindən 21 km aralıda yerləşən Kvabişxevi kəndi yaxınlığında yanğın şənbə günü başlayıb.
Mənbə: TASS