Hakan Fidan Antoni Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Bu barədə Antoni Blinken “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər humanitar yardımlar, Qəzzaya hücumlar və gərginliyin bölgəyə yayılmasının qarşısının alınması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 


Share: