Hakerlər Kopenhagen hava limanının saytını iflic ediblər

Hakerlər Kopenhagen hava limanının saytını iflic ediblər

Kopenhagen hava limanının rəsmi saytı “sındırılıb”.

Bu barədə şirkət “Twitter”də məlumat yayıb.

Qeyd olunur ki, kiberhücum nəticəsində sayt internet istifadəçiləri üçün bağlanıb. Veb resursun işində problemlərin nə vaxtdan başladığı barədə məlumat verilmir.

Kopenhagen hava limanının mətbuat xidməti bildirib ki, haker hücumu müəssisənin fəaliyyətinə təsir etməyib və o həmişəki kimi müştərilərə xidmət göstərməkdə davam edir. Şirkət əlavə edib ki, saytın bərpası üzərində işləyirlər.

Share: