Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “NomadMania Group”un beynəlxalq səyahətçi və səyahət bloqerləri ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi özünün “X” sosial şəbəkə hesabından məlumat verib.
O, işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzulidə səfərdə olmuş qonaqlara Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, humanitar minatəmizləmə layihələri barədə məlumat verib.
“Beynəlxalq səyahətçilərin və səyahət bloqerlərinin Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkür edirik”, – deyə H.Hacıyev vurğulayıb.
Pleased to meet and brief the international group of travelers and travel bloggers from Nomadmania Group within the “Garabagh- 2023 Expedition” on Azerbaijan’s regional peace agenda, reconstruction and recovery of Garabagh and Eastern Zangazur and humanitarian demining projects… pic.twitter.com/M8Vo3L15XP
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2023