Hindistanda arvad ərinə xəyanət etdi: Küçənin ortasında qadını döyərək soyundurdular

Hindistanda arvad ərinə xəyanət etdi: Küçənin ortasında qadını döyərək soyundurdular

Hindistanın ən böyük ştatı Racastanda həyat yoldaşına xəyanət edərək başqa bir kişi ilə münasibətdə olan qadının qohumları onu küçədə lüt soyundurublar.

Hadisənin şahidi olan şəxslərdən biri insidentin videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.

Görüntülər qısa müddət ərzində ölkədə geniş müzakirələrə səbəb olub.

Digər tükürpədən məqam isə bütün bu hadisələrin qadının beş yaşlı uşağının gözü qarşısında baş verməsidir.

Artıq Hindistanın hüquq-mühafizə orqanlarının əməkdaşları məsələyə müdaxilə ediblər. Qadına özbaşına cəza verən şəxslər saxlanılıblar.

Mənbə: The Siasat Daily

Share: