Müğənni Hiss “Formula-1” üzrə builki Azərbaycan Qran-prisində səhnə alacaq.
Bu barədə ifaçı özünün “Instagram” hesabında paylaşım edib.
“Qardaşınız Formula 1-in əsas artisti kimi açılışı edəcək. Məndə söz qalmır. Amma bu xəbəri iki aydır saxlayıram, indi dedim. Bu gün isə reklam çarxını çəkdik. Postu sabah paylaşacağam”.
Qeyd edək ki, “Formula-1”də keçmiş Avroviziya təmsilçimiz Səmra Rəhimli də yarışda səhnə alanlar sırasındadır.