İbrahim Tatlısəsin məşhurlaşdırdığı müğənninin evindən iki yük maşını zibil çıxdı

İbrahim Tatlısəsin məşhurlaşdırdığı müğənninin evindən iki yük maşını zibil çıxdı

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin məşhurlaşdırdığı və bir dövrə damğasını vuran Engür Kalenderin evindən iki yük maşını zibil çıxıb.

Psixoloji problemləri olan Engür Kalenderin anası ilə birlikdə İstanbulun Şişli rayonunda yaşadığı evi bələdiyyə işçiləri təmizləyib.

Qonşuların sözlərinə görə, evdə nə su, nə də işıq olub.

Heyvan zibilləri və kiflənmiş əşyalarla dolu olan evdən hətta ölü pişik balaları da çıxıb.

Evin qapısı açılanda ətrafı bürüyən qoxuya görə insanlar o küçədən keçməkdə belə çətinlik çəkdiyi halda, allergik astma xəstəsi olan anası ilə Engür Kalenderin o evdə necə yaşadığını anlamaq çətindir.

Mənbə: Haber Global

Share: