İbrahimoviç A Seriyasının tarixinə düşdü, “Milan” uduzdu

İbrahimoviç A Seriyasının tarixinə düşdü, “Milan” uduzdu

İtaliya A Seriyasında XXVII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Milan” “Udineze”nin qonağı olub. Ev sahibləri qələbə qazanıblar 3-1.

Meydan sahiblərinə qələbə gətirən qolları Roberto Pereyra, Beto və Kinqsli Ehizibue vurub. “Milan”da isə Zlatan İbrahomovuç fərqlənib.

41 yaş, 166 günlüyündə qol vuran Zlatan İbrahimoviç İtaliya A Seriyasında rəqib qapısına yol tapmağı bacaran ən yaşlı futbolçu olub. O, “Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurtanı (41 yaş, 25 gün) geridə qoyub.

Bu məğlubiyyətdən sonra “Milan” 48 xalla 4-cü yerdə qalıb. Xallarını 38-ə çatdıran “Udineze” isə üç pillə irəliləyərək 8-ci sıraya yüksəlib.

Share: