Amerikalı aktyor, prodüser, rejissor və ssenarist Tom Henks ilk romanını yazıb.
Məlumata görə, ulduzun “The Making of Another Major Motion Picture Masterpiece” (“Növbəti böyük kino şedevrinin yaradılması”) adlanan romanı 2023-cü ildə işıq üzü görəcək.
“Bu kitabdakı hər bir personaj film çəkərkən, bir fəlsəfə kəşf edərkən və ya (hadisələrdən) vacib dərs alarkən yaşadığım nəyisə həyata keçirdir”, – deyə aktyor bildirib.
Roman personajların ABŞ-dakı həyatının bir neçə dövrünü (1947, 1970 və indiki) təsvir edir.
Qeyd edək ki, Henks “Filadelfiya” (1993) və “Forrest Qamp” (1994) filmlərindəki baş rollarına görə “Ən yaxşı aktyor” nominasiyasında iki “Oskar” qazanıb, beləliklə də, kinematoqrafiya tarixində bu mükafatı ardıcıl iki dəfə qazanan iki aktyordan biri olub (digəri Spenser Treysidir).
Bundan əlavə, o, “Qızıl Qlobus” (beş dəfə), “Gümüş Ayı”, “Emmi” (yeddi dəfə), ABŞ Kino Aktyorları Gildiyası Mükafatı (iki dəfə), ABŞ Prodüserlər Gildiyası Mükafatı (üç dəfə) və “Britaniya” mükafatına layiq görülüb.
Mənbə: Lenta.ru