İlan fabriki: Bəslənib yetişdirirlər, sonra gizli saxlanılan yerdə təbiətə buraxılırlar

İlan fabriki: Bəslənib yetişdirirlər, sonra gizli saxlanılan yerdə təbiətə buraxılırlar

ABŞ-nin Memfis, Fort Uort, Lufkin və Audubon zooparklarında şam ilanları yetişdirilir və hər il eyni vaxtda təbiətə gizli şəkildə buraxılır.

Səlahiyyətlilərin bu addımının isə çox ekoloji bir səbəbi var imiş.

Belə ki, bu ilanlar əslində zəhərsizdirlər. Ancaq çox vaxt çınqıllı ilanlarla səhv salındıqları üçün insanlar tərəfindən öldürülürlər. Buna görə də təbiətdə nadir hallarda rast gəlinir və artıq nəsli kəsilmək təhlükəsi altındadır. Bundan sonra mütəxəssislər şam ilanlarının xüsusi mühafizə olunan mühitlərdə yetişdirilməsi və təbiətə buraxılması qərarına gəlirlər.

İlan fabriklərində il ərzində təxminən 150 sürünən yetişdirilir, sonra onlar Kiatçi Milli Meşəsinə aparılırlar. Ancaq onların həyat təhlükəsizliyi baxımından meşənin hansı hissələrinə buraxıldığı açıqlanmır.

Ekoloqlar şam ilanlarının öldürülməsinin artıq qanunla cəzalandırılmasına da nail olublar.

Qeyd edək ki, şam ilanları öz ərazisində gəmiricilər, digər zərərvericilər, həmçinin amfibiya canlılar və yumurtalarla qidalanır, ekosistemin davamlılığını təmin edir. Onlar ömürlərinin çoxunu yeraltı yuvalarda keçirirlər.

Mənbə: Haber Global

Share: