İlin qoluna namizəd: Argentinalı futbolçu 70 metrdən möhtəşəm qol vurdu

İlin qoluna namizəd: Argentinalı futbolçu 70 metrdən möhtəşəm qol vurdu

Futbol üzrə Argentina çempionatının XV turunda “Atletiko Tukuman” və “Barrakas Sentral” komandaları arasında keçirilmiş matçda baxımlı qol vurulub.

“Atletiko”nun futbolçusu Mateo Koronel təxminən 70 metdən rəqib qapısına yol tapıb.

24 yaşlı argentinalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə qapıçının irəlidə olduğunu görüb və topu onun başı üzərindən tora göndərib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Share: