İllərdir quruyan dərədən zəlzələdən sonra su çıxır

İllərdir quruyan dərədən zəlzələdən sonra su çıxır

Türkiyənin Adıyaman şəhərinin Kahta rayonunda baş verən zəlzələ və ardından yağan güclü yağışdan sonra qayaların altından su çıxmağa başlayıb.

Fevralın 6-da baş verən zəlzələ səbəbindən yerdəyişmələr, mart ayında yağan yağış və qar qayaların altından suların çıxmasına səbəb olub.

Yerli sakinlərin sözlərinə görə, ötən illərdə yağıntının çox olduğu vaxtlarda belə su bu qədər uzun müddət axmayıb. Onlar bildiriblər ki, su təxminən bir aydır ki, fasiləsiz axır.

Mənbə: İHA

Share: