Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi – müəllimlərin işə qəbulu üzrə müsabiqəsində uğur qazanan müəllimlər ballarının sıfırlandığından şikayətçidirlər.
Xezerxeber.az-ın məlumatına görə, müəllimlər ballarının sıfırlanması ilə bağlı əvvəlcədən heç bir rəsmi məlumatın verilmədiyini deyirlər.
Onların iddialarına görə, Elm və Təhsil Nazirliyindən şəxsi səhifələrinə SMS gəlib və qeyd edilib ki, bir il ərzində, yəni 2023-cü ilin sonunadək yerləşdirilimə olacaq. İndiyədək hələ də yerləşdirilmədikləri bir qırağa, indi də nəticələrinin sıfırlandığı bildirilir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, imtahandan keçən müəllimlərin sayı 350-dir, Onlardan 250-si yerləşdirilib. Digər 100 müəllimə vakansiya olmadığına görə yerləşdirilmə fərqli yerlərdə təklif olunub. Ancaq onlar digər yerlərdə işləmək istəmədiklərinə görə qəbul etməyiblər. Qəbul edilməyən həmin yerlər boş qaldığı üçün məcburən yenidən imtahan keçiriləcək. İmtahandan uğurla keçmiş müəllimlərə gəlincə, onların balları sıfırlanmayacaq, vakansiya yarandıqca yerləşdiriləcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: