“Çelsi” İngiltərə Premyer Liqasının II turunu məğlubiyyətlə başa vurub.
Oxu.Az xəbər verir ki, “zadəganlar” səfərdə “Vest Hem”ə uduzublar – 1:3.
Hesabı yeddinci dəqiqədə Nayef Aquerd açıb. 28-ci dəqiqədə Karni Çukvuemeka “Çelsi”nin bərabərlik qolunu vurub. 53-cü dəqiqədə isə Maykl Antonio “çəkicdöyənlər”in ikinci qolunu vurub. 90+5-ci dəqiqədə isə Lukas Paketa penaltidən oyunda son nöqtəni qoyub.
43-cü dəqiqədə “Çelsi”nin heyətində Entso Fernandes penaltidən yararlana bilməyib. 67-ci dəqiqədə isə ilk qolun müəllifi Aquerd qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra “Vest Hem” dörd xalla altıncıdır. “Çelsi”nin bir xalı var və 14-cü yerdə qərarlaşıb.