İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçının turnirin təşkilatçılarından biri Aram Nikolyan olduğu üzə çıxıb.
Bu barədə Ermənistan KİV yazıb.
Qeyd edək ki, yandırılan bayraq yenisi ilə əvəz edilib və şanlı bayrağımız səhnədə öz yerini alıb.
22:54
Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribata yol verilib.
Oxu.Az xəbər verir ki, açılış mərasimində Azərbaycan komandası anons edilərkən yerli azarkeşlər tərəfindən fitə basılıb.
Bununla sakitləşməyən şovinist ermənilər Azərbaycan bayrağına hücum ediblər. Bayrağımızı daşıyan şəxsin əlindən alan ermənilərdən biri mühafizənin müdaxiləsinə baxmayaraq qaça bilib. Daha sonra Azərbaycan bayrağının yandırıldığı bildirilir.
Qeyd edək ki, turnirin təşkilatçısı olan Ermənistan təhlükəsizliklə bağlı zəmanət verdiyini açıqlamışdı. Lakin baş verən hadisə erməni riyakarlığı və şovinizminin heç bir zəmanətdən çəkinmədiyini göstərir.