İran parlamenti “Hicab qanunu” layihəsinin pilot şəklində icrasına səs verdi

İran parlamenti “Hicab qanunu” layihəsinin pilot şəklində icrasına səs verdi

İranda Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən öldürülməsinin birinci ildönümündən beş gün sonra İran parlamentinin nümayəndələri “Hicab və iffət” haqqında qanun layihəsinin pilot şəklində icrasına razılıq veriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, 70 maddədən ibarət sözügedən qanun layihəsi üç il müddətinə icra ediləcək.

Qeyd edək ki, qanun layihəsinin sınaqdan keçirilməsi ilə İranda qadınlara qarşı kəskin cəzalar artacaq.

 

Share: