Sosial mediada tez-tez İranda mollaların, könüllü “Bəsic” qüvvələrinin və hökumət rəsmilərinin qadınlara geyim tərzi və hicabı ilə bağlı bir çox basqı və şəxsi həyata müdaxilələr etməsinə dair videolar yayılır.
Bəs İran xanımları bütün bu basqı və müdaxilələrə rəğmən, hicaba nə qədər riayət edirlər?
Paytaxt Tehran şəhəri kimi bir sıra böyük və əhalinin çoxluq təşkil etdiyi şəhərlərdən yayılan video və xəbərlərdə də görmək olar ki, iranlı qadınlar hökumətin bu zorakı qaydalarına riayət etmək istəmirlər.
Hicabın İranın rəsmi qaydası olduğunu iddia edən dövlət rəhbərliyi bəs bu qaydanı hamıya eyni şəkildə tətbiq edirmi?
Mövcud vəziyyət göstərir ki, hakimiyyət “hicaba doğru riayət” qaydalarında bütün İran xanımlarına qarşı eyni münasibəti bəsləmir. Məsələn, Tehranda zənginlərin olduqca müasir, Avropa tərzində və molla rejiminin qoyduğu qaydalara tamamilə zidd geyimlərdə şəhərdə sərbəst şəkildə gəzdiyini görmək olar.
Mənbə: “Azad İran” “Telegram” kanalı