İran Statistika Mərkəzinin inflyasiya ilə bağlı verdiyi məlumat yalandır

İran Statistika Mərkəzinin inflyasiya ilə bağlı verdiyi məlumat yalandır

Cons Hopkins Universitetinin tətbiqi iqtisadiyyat kafedrasının professoru Stiv Henk İranda inflyasiya göstəriciləri ilə bağlı verilən məlumatın səhv olduğunu deyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Tehran Times” İranın yanvar ayı üçün rəsmi inflyasiya göstəricisini açıqlayıb. Orada İranda illik inflyasiyanın 47,7% olduğu iddia edilib.

“Yalandır. Bu gün mən İranda inflyasiyanı dəqiqliklə illik 107,55% olduğunu ölçmüşəm. Bu isə İran Statistika Mərkəzinin “Tehran Times” nəşrinə təqdim etdiyi saxta rəqəmdən iki dəfə çoxdur”, – deyə professor vurğulayıb.

 

Share: