İran universitetlərində silahlı qüvvələrin ofisləri açılır.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İranın elm naziri ölkə universitetlərində silahlı qüvvələrin idarələrinin yaradılacağını açıqlayıb.
Elm, Tədqiqat və Texnologiya naziri Məhəmməd Əli Zülfigül dünən keçirdiyi mətbuat konfransında deyib:
“Elm Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargahı ilə qarşılıqlı fəaliyyəti nəticəsində post-doktorantura komissiyasının icazə sertifikatının silahlı qüvvələrin ali rəhbərindən alınması qərara alınıb”.
Elm və Texnologiya Parklarının hərbi mükəlləfiyyət sərəncamı üçün hər bir universitetdə silahlı qüvvələrin nümayəndəliyi təyin edilib ki, silahlı qüvvələrlə anlaşma müqavilələri və memorandumlari həmin nümayəndəliklər vasitəsilə həyata keçiriləcək. Biliyə əsaslanan nizamnamə elm və texnologiya parkları və tədqiqat şöbəsi üçün 300 nəfərin işə götürülməsinə icazə verir.