İranda etnik bəluç mülki geyimli repressiv qüvvələr tərəfindən həbs edildi

İranda etnik bəluç mülki geyimli repressiv qüvvələr tərəfindən həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Zahidan şəhərində təhlükəsizlik qüvvələri iyulun 19-da Ümid Kaşani adlı etnik bəluçun evinə basqın edərək, onu naməlum yerə aparıblar.

Qeyd edək ki, ailə üzvləri bu barədə dövlət qurumlarına müraciət etsələr də, onlara heç bir məlumat verilməyib.

 

Share: