İranda repressiv hökumət qüvvələri vətəndaşların evlərinə və avtomobillərinə gözyaşardıcı qaz atıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Hadisənin İranın Cavanrud şəhərində baş verdiyi bildirilir.
Xatırladaq ki, bu gün Cavanrud şəhərinin küçələrində xalqla molla rejiminin repressiv qüvvələri arasında küçə döyüşləri qeydə alınıb. Qarşıdurma nəticəsində yaralananlar olub. 22 yaşlı Burhan İlyasi adlı gənc isə repressiv qüvvələrin birbaşa atəşi ilə öldürülüb.