İranın Çuvar şəhərində yerləşən neft-kimya şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bu gün Çuvar neft-kimya şirkətində çalışan bir qrup işçi əvvəlcə neft-kimya sahəsində, sonra isə Çuvar valiliyi və əmək idarəsində aksiya keçiriblər.
Qeyd edək ki, yalnız baza əmək haqqı alan bu işçilərin başqa maliyə mənbələri yoxdur.