İranda etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən qətlə yetirilən Güney azərbaycanlı Hədis Nəcəfi adlı qızın ölümünün 40-cı günü atışma olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İranın repressiv qüvvələri qəbiristanlıqda matəm mərasiminə gələn insanlara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan istifadə edilib.
Lakin onlar qəzəbli matəm iştirakçılarının müqaviməti ilə rastlaşıblar və qaçmağa məcbur olublar.
Etirazçılar “Ölüm olsun diktatora!” şüarı altında xüsusi təyinatlıları təqib edərək qovublar.