İranda təqaüdçülər etiraz aksiyası keçirməyə davam edirlər

İranda təqaüdçülər etiraz aksiyası keçirməyə davam edirlər

Bu gün Şuş şəhərində sosial təminat sahəsində çalışmış bir qrup etirazçı yaşayış şəraitinin pis olması və tələblərinin yerinə yetirilməməsi ilə bağlı etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Etirazçılar aksiyada “Bacarıqsız deputat, istefa, istefa!”, “Faydasız millət vəkili, istefa, istefa!”, “Bahalıq, inflyasiya, xalqın canına qənim kəsilmiş bəladır!”, “Cəmi 6 sinif təhsil almış hökumət (prezident İbrahim Rəisi), utan, utan!” kimi şüarlar səsləndiriblər.

 

Share: