İranın İsfahan şəhərində tibb işçiləri etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Belə ki, tibb işçiləri hökumətin koronavirus pandemiyası dövründə verdiyi vədləri tələb etmək məqsədilə əyalət valiliyinin qarşısında etiraza qalxıblar.
Narazı tibb işçiləri qeyd ediblər ki, onların aldığı maaş və əlavələr gündəlik dolanışıqlarını təmin etmir.