Qərbi Azərbaycan əyalətinin Sənəndəc şəhərində bir neçə məktəbə kimyəvi hücum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, xüsusilə, Duşan qəsəbə ibtidai məktəbi və Şahed məktəbində şagirdlər zəhərləniblər.
Qeyd edək ki, İranda bu günədək 5 000 şagird zəhərlənib.
İran parlamentinin məktəblilərin zəhərlənməsinin səbəbini tapmaqla bağlı yaratdığı faktaraşdırıcı qrupunun üzvü Asefəri bildirib ki, bu günə kimi 330 məktəbdə 5 000 şagird zəhərlənib.