İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu işləri davam etdirilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Yerquruluşu işləri çərçivəsində indiyə qədər 718 406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70 860 ha), Qubadlı (79 876 ha), Kəlbəcər (195 406 ha), Cəbrayıl (104 936,5 ha) və Laçın (177 417 ha) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45 636 ha) və Ağdam (44 275 ha) rayonları üzrə isə işlər davam etdirilir”, – deyə o qeyd edib.

 


Share: