Rusiyanın Çelyabinsk şəhərində karuselin nasazlığı səbəbindən altı nəfər 73 metr hündürlükdə 40 dəqiqə qalıb.
Bu barədə regional Səhiyyə Nazirliyi xəbər yayıb.
Məlumata görə, həmin vaxt Çelyabinskdə 15 dərəcə şaxta olub.
Bildirilir ki, onları atraksiondan endirmək üçün Fövqəladə Hallar Nazirliyinin və təmir xidmətinin əməkdaşlarının köməyi tələb olunub.
Bir nəfərə təcili tibbi yardım göstərilib.
Əyləncə kompleksinin baş direktoru karuselin dayanmasına səbəb kimi elektrik enerjisi verilişinin kəsilməsini göstərib.
Zərərçəkənlərdən biri baş verənləri telefonunun kamerasına çəkib.
Mənbə: Lenta.ru