+İslamiada: Azərbaycanın kişi idman gimnastları İslamiadanı dörd medalla başa vurub

+İslamiada: Azərbaycanın kişi idman gimnastları İslamiadanı dörd medalla başa vurub

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında daha bir medal qazanıb.

“Report”un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, 26 yaşlı idmançı turnikdə hərəkətlərdə 3-cü yeri tutub.

Bununla da Azərbaycan təmsilçiləri İslamiadanın kişi idman gimnastikası üzrə yarışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

21:10

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.

“Report”un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.

Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.

Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.

 

Share: