İspaniyanın Valensiya muxtar icmasında keçirilən festivalda güclü külək nəticəsində səhnə uçub. Faciə nəticəsində azı bir nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin “Twitter” profilində məlumat verilib.
Məlumata görə, hadisə Kulyerada 4.18-də (Bakı vaxtı ilə 6.18) baş verib.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Baş verənlərlə əlaqədar araşdırmalara başlanılıb.
Mənbə: Gazeta.ru