İsrailin Nazirlər Kabineti ölkənin aviaşirkətlərinin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib.
Bu barədə İsrailin baş naziri Yair Lapid öz “Twitter” səhifəsində məlumat verib.
“Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, – Lapid yazıb.
אישרנו היום בממשלה הסכם לכינון קשרי תעופה בין טורקיה וישראל. מעכשיו חברות תעופה ישראליות יוכלו לנחות ולהמריא מאיסטנבול וגם ביעדים אחרים בטורקיה.
— יאיר לפיד – Yair Lapid (@yairlapid) September 4, 2022