Türkiyənin İstanbul şəhərində “Airtaxi” Dünya Konqresi keçirilib.
Konqresin son günündə İnformasiya Texnologiyaları Vadisində pilotsuz “Airtaxi” nümayiş olunub.
Şaquli şəkildə havaya qalxan avtomobilin nümayişi maraqla izlənilib. Eyni zamanda ərazidə yükdaşımalarında istifadə olunacaq hava taksiləri də sərgilənib.
Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank avtomobillə yaxından tanış olub.
“Gələn il 23 apreldə Qalataportdan Üsküdara sərnişinlə uçuş edə biləcəklərinə inandıqlarını söylədilər. Dostlarımız aprelin 23-nə qədər bunu çatdıra bilsələr, Türkiyədə ilk uçan taksi 23 apreldə boğaz üzərindən uçaraq keçəcək”, – deyə nazir qeyd edib.
Mənbə: CNNTürk