İsveçli xizəkçi Frida Karlsson 2023-cü il “Tour de Ski” turnirində 10 km məsafədə yarışı bitirdikdən sonra huşunu itirərək yerə yıxılıb.
İdmançı yarışda 15-ci yeri tutduqdan sonra ərazini yalnız xərək üzərində tərk edə bilib.
Bir müddət sonra idmançı özünə gəlib. Onun həkim və fizioterapevti Karlssonun səhhətində ciddi problemin olmadığını bildiriblər.
Qeyd edək ki, bu, “Tour de Ski”nin son yarışı olub və Karlsson ümumi sıralamada qalib gəlib. İdmançı mükafatlandırma mərasimini buraxsa da, onun vəziyyəti həkimləri narahat etmir.
İsveçli həm estafetdə dünya çempionu, həm də eyni proqram növü üzrə Olimpiadanın bürünc mükafatçısı olub.
Mənbə: lenta.ru