İtaliya A Seriyası: “Napoli” mövsümdə ilk dəfə uduzdu

İtaliya A Seriyası: “Napoli” mövsümdə ilk dəfə uduzdu

Son İtaliya çempionu “Napoli” A Seriyasının cari mövsümündə ilk dəfə məğlub olub.

Oxu.Az xəbər verir ki, Neapol təmsilçisi III turda öz meydanında “Latsio”ya uduzub – 1:2.

Hesabı 30-cu dəqiqədə qonaq komandanın heyətində Luis Alberto açıb. İki dəqiqə sonra “Napoli” Pyotr Zielinski ilə bərabərliyi təmin etsə də, fasilədən sonra Daiçi Kamada qonaqlara qələbə qazandıran qolu vurub.

“Napoli” hazırda altı xalla dördüncüdür. İlk qələbəsini qazanan “Latsio” üç xalla 12-ci yerdədir.

Faiq Tahirov

Share: