İtaliyalı qadın müdirinə əsəbiləşdi: Etiraz olaraq hər səhər işə atla getməyə başladı

İtaliyalı qadın müdirinə əsəbiləşdi: Etiraz olaraq hər səhər işə atla getməyə başladı

İtaliyanın şimal-qərbindəki Forli bölgəsində yaşayan 38 yaşlı Tabita Qurioli avtomobili ilə qəza keçirib. O, baş verən qəzadan sonra işlədiyi bankın müdirindən avtomobili təmir olunana qədər bir müddət evdən işləməyi xahiş edib.

Müdiri onun bu xahişini qəbul etməyib və ictimai nəqliyyatdan istifadə etməsini tövsiyə edib. Bundan əsəbiləşən Qurioli illik məzuniyyətə çıxmaq təklifindən imtina edib və işinə davam edib. Lakin ictimai nəqliyyat əvəzinə ata üstünlük verib.

Müdirinə etiraz əlaməti olaraq bu üsulu seçən qadının işə atla getməsi İtaliya mətbuatında böyük səs-küyə səbəb olub.

Qurioli hər səhər işə qədər olan 2 saatlıq yolu atla getdiyini bildirib. “Məqsədim qərara etiraz etməkdir. İşə velosipedlə də gedə bilərdim, amma o zaman bu heç kimin diqqətini çəkməzdi”, – deyə o qeyd edib.

Qurioli xəbəri görən bəzi həmkarlar ittifaqlarının onunla əlaqə saxladığını vurğulayıb. Lakin müdirinin baş verənləri sakitliklə izlədiyini deyib.

Mənbə: Haber Global

Share: