Kahramanmaraşda 4,1 bal gücündə zəlzələ baş verib.
Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Kahramanmaraşın Türkoğlu rayonu olub. Məlumata görə, ocaq 7 kilometr dərinlikdə yerləşib.