Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb. Bəs bu növ sığortanın qiyməti neçəyədir və nə qədər olmalıdr?
“Xezerxeber.az”ın məlumatına görə, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, son vaxtlar bir çox sürücülər özlərini riskdən daha çox sığortalamaq üçün kasko sığortaya müraciət edirlər. Amma bu sığorta növü könüllü məhsul hesab olunduğundan onun maddələri qarşılıqlı razılaşma əsasında müəyyən edilməlidir.
Ekspert tövsiyə edir ki, bu növ sığorta almaq istəyənlər birbaşa deyil, sığorta agentlərinə müraciət etsinlər. Avtomobil sahibləri bütün detalları həmin agentlər ilə dəqiqləşdirdikdən sonra sığorta məhsulunu alsınlar.
Vətəndaşların agentlərdən sığorta müqaviləsinin müddəalarının açıqlanmasını tələb etmək hüququ var. Bu gələcəkdə vətəndaşlarla sığorta şirkətləri arasında problemlərin baş verməməsi üçün vacib addımdır. Azadolma məbləği, avtomobilin bazar dəyərinin dəqiqləşdirilməsi mütləqdir. Çünkü gələcəkdə baş verə biləcək hadisəyə həmin müqavilənin şərtlərinə uyğun qiymət verilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: