Keçmiş litvalı nazir: “Əgər Rusiya NATO ilə döyüşdüyünü deyirsə, Ukraynanı NATO-ya qəbul etmək qalır”

Keçmiş litvalı nazir: “Əgər Rusiya NATO ilə döyüşdüyünü deyirsə, Ukraynanı NATO-ya qəbul etmək qalır”

Litvanın keçmiş xarici işlər naziri Linas Linkyaviçyus Rusiyanın NATO ilə bağlı açıqlamaları barədə zarafat edib.

“Əgər Rusiya özü artıq Ukraynada “bütün NATO-ya qarşı” döyüşdüyünü iddia edirsə, deməli, Ukraynanın Alyansa daxil olması ilə bağlı problem yoxdur”.

“Rusiya cəbhədəki uğursuzluqları Ukrayna ilə deyil, NATO ilə izah edir. Bu o deməkdir ki, Rusiya artıq Ukraynanı Alyansın bir hissəsi kimi qəbul edir. Ona görə də NATO-nun bununla barışması qalır”, – deyə Linkyaviçyus öz “Twitter” səhifəsində yazıb.

 

Share: