Kim Çen In qitələrarası ballistik raket buraxılışını ailəsi ilə izlədi

Kim Çen In qitələrarası ballistik raket buraxılışını ailəsi ilə izlədi

Şimali Koreyanın noyabrın 18-də “Xvason-17” tipli qitələrarası ballistik raketi (ICBM) buraxılışına KXDR lideri Kim Çen In həyat yoldaşını və qızını da aparıb.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin paylaşdığı kadrlardan da görünür.

Bildirilir ki, ardıcıl iki gün davam edən raket buraxılışına ölkə lideri rəhbərlik edib.

“Pxenyan Beynəlxalq Hava Limanında buraxılan yeni tip qitələrarası “Hvason-17” raketi 4135 saniyə uçub, 998 mil məsafə qət edib. Onun maksimum uçuş hündürlüyü isə 6040,9 metr olub”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, sentyabrın sonlarında ilk dəfə Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju Enin olduğu iddia edilən uşağın görüntüləri yayılmışdı.

Mənbə: “Pul N3” “Telegram” kanalı

Share: