Kinorejissor Cəmil Fərəcov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək

Kinorejissor Cəmil Fərəcov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi 2 avqust saat 11- də Təzəpir məscidində olacaq.

Bu barədə APA-ya İttifaqdan məlumat verilib.

Qeyd olunub ki, mərhumun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

21:20

Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

“Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

19:30

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirib.

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən kinorejissorun “Arvadım mənim, uşaqlarım mənim” , “Azərbaycan” dünyanı gəzir”, “Azərbaycan”da dəniz səyahəti”, “Ağır şkaf”, “Axırıncı maqın sonu” və digər onlarla filmdə rejissor kimi imzası var.

Share: