Keçmiş şeytan kultisti Şeril Bek klinik ölümdən sağ çıxdıqdan sonra Allahla görüşdüyünü deyib.
Onun danışdıqları sosial mediada böyük maraqla qarşılanıb.
Satanistin sözlərinə görə, xəstəxanada ürəyi dayandıqda o, öldüyünü aydın dərk edib.
“Bundan sonra mavi portala bənzər bir şey gördüm və ora daxil oldum”.
Şeril Bek burada Allahı gördüyünü iddia edib. O, həmçinin bir müddət əvvəl vəfat etmiş oğlu ilə də “o biri dünyada” qarşılaşdığını deyir:
“Biz danışdıq və o, mənə bu dünyada bir sıra yarımçıq işlərim qaldığını xatırlatdı. Bu vaxt sinəmdə çox bərk ağrı hiss elədim və ayıldım. Ancaq həkimlər həmin vaxt mənə ürək masajı eləmirdilər”, – deyə o xatirələrini bölüşüb.
Xatırladaq ki, bir müddət öncə basketbol matçı zamanı infarkt keçirdən və 28 dəqiqəliyinə ölən avstraliyalı taekvondo məşqçisi də ayılandan sonra gördüklərini danışmışdı.
Mənbə: Lenta.ru