Yeni il gecəsi Beynəlxalq Kosmik Stansiyada lentə alınan ilk bədii film olan “Çağırış”ın treyleri yayımlanıb.
Video “Central Partnership” kinoşirkətinin “YouTube” kanalında təqdim olunub.
Hekayədə cərrah Yevgeniya (Yuliya Peresild) əsl kosmonavt Oleq Novitskinin canlandırdığı kosmonavt İvanovun həyatını xilas etmək üçün BKS-ə gedir.
Filmdə Miloş Bikoviç, Vladimir Maşkov, Yelena Valyuşkina, Varvara Volodina, Anton Şkaplerov və Pyotr Dubrov da rol alıblar.
Çəkilişlər 2021-ci ilin oktyabr ayında 12 gün ərzində aparılıb.
“Çağırış” dramının dünya premyerası 2023-cü il aprelin 12-nə planlaşdırılıb.
Mənbə: gazeta.ru