Son beş ayda Karib hövzəsində silahlı dəstələrin artması səbəbindən ən azı 96 min haitili öz yaşayış yerlərindən didərgin düşüb. Onların əsas hissəsi hazırda cinayətkar qruplaşmaların nəzarətində olan Port-o-Prens şəhərinin ətraf ərazilərində yaşayıb.
❗96,000 people have been displaced by gang-related violence in Haiti’s capital as of September 2022.
The number of persons displaced by gang violence has tripled in the past five months, according to IOM’s latest report.https://t.co/gMWf0Dj5mI
— IOM – UN Migration ?? (@UNmigration) October 28, 2022
Bildirilir ki, paytaxt ərazisi soyğunçuluq, zorlama və adam oğurluğu da daxil olmaqla, hər cür zorakılıq hərəkətləri üçün “arenaya” çevrilib. Silahlı qruplaşmaların fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən humanitar yardımın çatdırılmasına mane olur. Həmçinin vəba xəstəliyinin artması fonunda xəstəxanaların bağlı qalması da on minlərlə sakinin evlərini tərk etmək məcburiyyətində qoyur.
Şahidlərin sözlərinə görə, tez-tez fərqli qruplaşmalar arasında silahlı münaqişələr yaşanır.
Yerli sakinlər silahsız olduqlarını göstərmək üçün küçədə əlləri yuxarı vəziyyətdə gəzirlər.
Xatırladaq ki, Haitidə hökumətin yanacaq subsidiyalarını azaltmaq qərarından sonra silahlı dəstələr paytaxt Port-o-Prinsdə yanacaq terminalını mühasirəyə aldılar. Bu da ölkədə faktiki olaraq bütün iqtisadi fəaliyyətləri dayandırdı və xəstəxanaların bağlanmasına səbəb oldu.
Oktyabrın əvvəlində Haitinin baş naziri Ariel Henri beynəlxalq ictimaiyyətdən silahlı dəstələrə və humanitar böhrana qarşı mübarizədə kömək istəyib. BMT Təhlükəsizlik Şurası Haitidəki ekstremist qruplara qarşı sanksiyalar və silah embarqosu tətbiq edib. Təşkilatın baş katibi Antonio Quterreş Haitidəki humanitar böhranın həlli üçün beynəlxalq qüvvələrin yerləşdirilməsi məsələsinə baxmağı təklif edib, lakin ölkənin bəzi siyasi qüvvələri xarici kontingentin gətirilməsinə qarşıdır.
Mənbə: Prensa Latina