Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Avropaya qarşı qaz müharibəsini Ukraynaya qarşı müharibənin davamı adlandırıb. O, həmçinin Aİ-ni Rusiyaya cavab zərbəsi endirməyə çağırıb.
“Putinin Avropaya qarşı qaz müharibəsi Ukrayna müharibəsinin birbaşa davamıdır. Harada ziyan vura bilərsə, o, bunu edəcək. O, hər bir avropalı ailənin normal həyatını məhv etmək üçün Avropanın Rusiyadan istənilən asılılığından istifadə edir. Yeganə çıxış yolu cavab zərbəsi endirmək və istənilən bütün asılılıqlardan qurtulmaqdır”, – deyə Kuleba “Twitter” hesabında qeyd edib.
Putin’s gas war against Europe is a direct continuation of his war on Ukraine. Wherever he can bring harm, he will. He will use every dependence Europe has on Russia to ruin the normal life of every European family. The only way is to hit back hard and get rid of any dependence.
— Dmytro Kuleba (@DmytroKuleba) July 26, 2022
Mənbə: Yevropeyskaya pravda