Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.
“Report”xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.
Belə ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər – Səfərova Sevincin oğlu, 2002-ci il təvəllüdlü Səfərli Şəkər Samir oğlu isə ağır xəsarət alıb. Üçüncü yaralı, Lənkəran rayon Digah kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Akşin Manaf oğlunun vəziyyəti isə kafidir.
Yaralılardan biri, 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı vəfat edib.
Faktla bağlı araşdırma aparılır.