Laçın sakini: “Zabuxa qayıdanda dizimi yerə qoyub torpağı öpəcəyəm”

Laçın sakini: “Zabuxa qayıdanda dizimi yerə qoyub torpağı öpəcəyəm”

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elbrus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.

“Zabuxa qayıdanda birinci dizimi yerə qoyub torpaqdan öpərəm”, – deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir:

“İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyirlər ki, biz 30 ildir, burada məskunlaşmışıq. Niyə soruşan yoxdur ki, burada 80, 100, 110 il yaşayan azərbaycanlılar haradadırlar?!”

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.

Share: