Los-Ancelesdə reper Dreykin malikanəsi qarət edildi

Los-Ancelesdə reper Dreykin malikanəsi qarət edildi

Kanadalı reper Dreyk oğurluğun qurbanı olub.

Onun Kaliforniyanın Los-Anceles şəhərindəki malikanəsi qarət edilib.

Naməlum şəxs reper evdə olmayan zaman onun evinə soxulub və əliboş çıxmayıb. Lakin konkret olaraq nəyin oğurlandığı barədə məlumat verilmir.

Polis gələnə qədər oğru artıq qaçıb, lakin bir neçə saat sonra yaxınlıqda onu görüb və saxlayıblar.

Qeyd edək ki, keçən iyul ayında naməlum 23 yaşlı kişi Dreykin malikanəsinə soxularaq özünü onun oğlu kimi tanıdıb. Amma hadisə zamanı reperin özü evdə olmayıb.

Mənbə: gazeta.ru

Share: