İstanbulun Kağıthane məhəlləsində dəftərxana ləvazimatları satıcısı iki azyaşlı məktəbliyə qarşı fiziki güc tətbiq edib.
Maraqlıdır ki, satıcı bu əməlini mağazasına yerləşdirdiyi təhlükəsizlik kameralarının qarşısında həyata keçirib.
Artıq polislər satıcını saxlayıb. İlkin dindirilmə zamanı satıcı bildirib ki, uşaqlar onun dükanında səs-küy salıb və xəbərdarlığına məhəl qoymadıqları üçün onları cəzalandırmaq qərarına gəlib.
Mənbə: İHA